Türkiyənin Muğla şəhərindəki Eskihisar məhəlləsində UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilən qədim “Qladiatorlar şəhəri” – Stratonikeia antik şəhərində aparılan qazıntı işləri zamanı təbii daşlardan mozaika tapılıb.
Mozaikanın üstündə Roma və Bizans imperatorluqları dövrünə aid yazılar da var. Çoxrəngli mozaika qrupuna daxil olan 1600 yaşlı bu əl işi dövrünün ən qiymətli və nadir əsərindəndir.
Qeyd edək ki, arxeoloji turizm Türkiyədə mədəni turizmin inkişaf etmiş istiqamətlərindəndir. Tarix həvəskarları üçün daim yenilik edən aidiyyəti qurumlar antik şəhərlərdə apardıqları qazıntı və bərpa işləri ilə turistlər üçün yeni-yeni cəlbedici məkanlar yaradırlar. Stratonikeia antik şəhəri bu sahədə daim liderliyi saxlayır.