![](/img/news/700x420/_1627630642.jpg)
Görkəmli yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Nizami Gəncəvi” mükafatına layiq görülüb.
Mükafatı AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib. AYB-nin sədri Seyran Səxavəti bu münasibətlə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb.
Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürünü bildirib.