Azərbaycanda 20 il əvvəl latın qrafikalı əlifbaya keçidin başa çatdığı 1 avqust tarixi Özbəkistanda da yeni əlifbanın bayramına çevrilə bilər. Bu tarixdən Özbəkistan tam olaraq latın əlifbasına keçib.
Qeyd edək ki, indiyədək dövlət orqanları tərəfindən şəhər, küçə, məhəllə, kənd, nazirlik, komitə, digər idarə və təşkilat adlarının, rəsmi sənəd və yazışmaların, müxtəlif blankların, kargüzarlıq sənədlərinin, kitab və qəzetlərin, reklam və elanların latın əlifbasında yazılışı və çapı təmin edilib.
Xatırladırıq ki, 2021-ci il fevralın 10-da Özbəkistan Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, ölkə tam olaraq latın əlifbasına 2022-ci ilin sonunadək keçməli idi. Daha sonra Özbəkistanın müstəqilliyinin 30 illiyi ilə bağlı latın qrafikalı əlifbaya keçidin tezləşdirilməsi qərara alındı.