Dekabrın 3-də Bakıda Özbəkistanın I Milli Sərgisi işə başlayıb. Tədbirin açılışında çıxış edən Azərbaycan baş nazirinin 1-ci müavini Yaqub Eyyubov bildirib ki, sərgi iki ölkənin prezidentlərinin razılığı əsasında keçirilir. Qeyd edək ki, bu il noyabrın 5-7-də Özbəkistanda Azərbaycanın I Milli Sərgisi keçirilib.
   Baş nazirin 1-ci müavininin sözlərinə görə, Azərbaycanda Özbəkistanın ilk milli sərgisinin Azərbaycanda keçirilməsi ölkələr arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Y.Eyyubov qeyd edib ki, sərgidə iştirak edən 300 müəssisə 3000-dən artıq məhsul nümayiş etdirir.
   Özbəkistan baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Eliyor Qaniyev ümid etdiyini bildirib ki, sərgi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq yeni iqtisadi əlaqələrin qurulması ilə nəticələnəcək: «Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazda, Özbəkistan iqtisadiyyatı isə Asiyada dominantlıq edir. İki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün böyük iqtisadi potensial mövcuddur».
   Azərbaycanın baş naziri Artur Rasizadə də sərgini ziyarət edib. Baş nazir KİV nümayəndələrinə bildirib ki, Özbəkistanda və Azərbaycanda keçirilən milli sərgilər ölkələrimiz arasında mövcud əlaqələri daha da inkişaf etdirəcək. Baş nazir Azərbaycan və Özbəkistanın iqtisadi əlaqələrini inkişaf etdirmək üçün real potensialların olduğunu bildirərək, bu əməkdaşlıqdan hər iki ölkənin faydalanacağını vurğulayıb.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar