Dünya şöhrətli ispan rəssamı Pablo Pikassonun (1881–1973) Las-Veqas (ABŞ) şəhərindəki bir restoranda 20 il asılı qalan əsərləri oktyabr ayında hərraca çıxarılacaq.
Rəssamın hərraca çıxarılacaq 11 əsərinin ümumi dəyəri 104 milyon dollardan çoxdur.
Qeyd edək ki, Pablo Pikassonun ən məşhur əsərləri sırasında “Avinyonlu qızlar” və “Gernika” əsərləri xüsusi yer tutur. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi incəsənət sahələrində də göstərib. Rəssamın yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirib.