Ölkəmizdə turizmin bir çox növləri üçün əlverişli şərait var
   
   Azərbaycan bütün növ turizm üçün əlverişli ölkədir. Doqquz iqlim qurşağı ilə əhatə olunmuş coğrafi ərazidə yerləşdiyindən ölkəmiz turizmin bütün istiqamətləri üçün zəngin şəraitə malikdir. Qədim məscidlər, ziyarətgahlar dini turizmin, min bir xəstəliklərin dərmanı olan mineral və termal sular, palçıq vulkanları müalicəvi turizmin, tarixi mədəniyyət abidələrimiz mədəni turizmin inkişafına imkan yaradır.
   Qeyd edək ki, Azərbaycanın müalicəvi əhəmiyyətli mineral və termal suları heç də məşhur Kislovodsk və Yessentuki sularından geri qalmır. Masallı, Lənkəran və Astarada Qızılca, İstisu, Daşvənd, Naxçıvanda Badamlı, Sirab, Darıdağ və s. mineral və termal suları bir çox xəstəliklərin dərmanıdır. Bu müalicəvi əhəmiyyətli sularla zəngin ərazilərdə sanatoriyalar istifadəçilərə yüksək səviyyədə xidmət göstərir.
   Azərbaycan gözəlliyi ilə hər zaman turistlərin diqqət mərkəzindədir. Memarlıq abidələrimizin zənginliyi heç kimə sirr deyil. Bunu sadəcə İçərişəhərdə gəzməklə görmək mümkündür. Hər il minlərlə turist milli bayramımız olan Novruz şənliklərini görmək həvəsi ilə Azərbaycana gəlir.
   Mədəni irs nümunələrimizlə dünya ölkələri arasında sayılıb seçilirik. Milli mətbəximiz çox zəngindir, musiqimiz, muğamımız isə dillər əzbəridir. Üstəlik qonaqpərvərliyimiz, turistlərin mehribanlıqla qarşılanması, yerləşdirilməsi, rahatlıqları üçün bütün şəraitlə təmin edilməsi onları gələcəkdə bir daha Azərbaycana gəlməyə sövq edir.
   
   Nərmin Əhmədli,
   Bakı Qida Sənayesi Kollecinin III kurs tələbəsi






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar