2010-cu ildə Gürcüstana 2 054 382 turist gəlib. 2011-ci ildə isə bu rəqəmin daha da artacağı gözlənilir. Bu barədə Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Maya Sidamonidze bildirib. Onun sözlərinə görə, ötən il Gürcüstana ən çox Azərbaycan, Türkiyə və Ermənistandan turistlər gəlib. Ölkənin paytaxtı Tiflisə və Batumi şəhərlərinə turist axını daha çox olub. Sonrakı yerlərdə Msxeti, Siqnaxi, Kazbek, Qori, Bakuriani, Qudauri və Telavi şəhərləri gəlir. Acarıstanda, Qara dəniz sahilində dincələn turistlərin sayı isə il ərzində 926 010 nəfər olub.
   M.Sidamonidze qeyd edib ki, 2011-ci ildə Gürcüstana turist axını 3 milyona çatacaq. Agentlik turizm sahəsinin uzunmüddətli inkişafı üçün yeni-yeni layihələr həyata keçirəcək.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar