Avqustun 30-da “Bayraktar” texnologiya şirkəti tərəfindən istehsal olunan “Akıncı” TİHA (Taarruzi İnsansız Hava Aracı) pilotsuz zərbə aparatlarının Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi münasibətilə mərasim keçirilib. Türkiyənin Zəfər bayramında Təkirdağda keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.
Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, tədbirə Türkiyədəki hərbi attaşe polkovnik Müşfiq Məmmədov qatılıb. Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edib və “Akıncı”nın üzərinə rəmzi imzasını qeyd edib.
Qeyd edək ki, “Akıncı” TİHA inkişaf etdirilmiş texniki imkanlar sayəsində döyüş təyyarələrinə məxsus bəzi funksiyaları həyata keçirmək qabiliyyətinə malikdir.