YARAT Müasir İncəsənət Məkanında Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib.
Tədbir milli musiqi və rəqs dünyasının irsini və geniş diapazonunu, gözəlliyini və incəliyini özündə ehtiva edib. Konsertdə milli musiqimizin zənginliyini əks etdirən Azərbaycan klassik fonotekası maraqlı retrospektiv formada təqdim olunub.
Konsertdən əvvəl musiqişünas, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sənət layihələrinin kuratoru Cahangir Səlimxanov çıxış edib.
Konsertdə “Amarok” musiqi qrupu, “Samur” Ləzgi Milli Mərkəzinin ansamblı, “İz” qrupu və musiqi axşamının digər iştirakçılarının ifaları dinlənilib.