AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Anım Gününə həsr olunmuş “Qarabağ ədəbi mühiti: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli tarixi Qələbəmizin əhəmiyyətindən danışaraq bildirib ki, ədəbiyyatşünaslarımız Qarabağ hadisələrini, Qarabağ uğrunda aparılan müharibəni, Vətən müharibəsinin dərslərini elmi müstəvidə təqdim edən tədqiqat işləri, monoqrafiyalar yazıblar.
Konfransda AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi”, professor Şirindil Alışanlı “Laçın: tarixi və bədii sözün yaddaşında”, dosent Rahid Xəlilov “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” mövzularında məruzə ediblər. Aygün Bağırlı, Elçin Mehrəliyev, Mərziyyə Nəcəfova, İlham Məmmədli, Fəridə Vəliyeva, Bahar Məmmədova, Əlizadə Əsgərli də Qarabağ ədəbi mühitinə dair məruzələrlə çıxış ediblər.