Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Art management” layihəsi çərçivəsində silsilə vebinarlar davam edir. Layihənin növbəti vebinarı “Müəllif hüquqları qanunvericiliyi” mövzusuna həsr olunub.

Onlayn seminarı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli aparıb.

Qeyd edək ki, “Art management” layihəsi yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində vebinarlar barədə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının saytı (www.azgallery.az) və sosial media hesablarından izləmək mümkündür.