Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə konsert proqramı keçirilib.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Milli Ordusunun kadr hazırlığında böyük rolu olan müəllimlərin zəhməti xüsusilə vurğulanıb. Tədbirin aparıcısı Könül Muxtarova müəllim peşəsindən, bir vətəndaş kimi yetişməyimizdə müəllimlərin rolundan söz açıb, onları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.

Sonra Əməkdar artist Mətanət İsgəndərli vətənpərvərlik ruhlu konsert proqramı ilə çıxış edib. Rəqqasə Fatimə Fətəliyeva, Kəmalə Səfərəliyeva və Xətai rayon Mədəniyyət Mərkəzinin “Təbəssüm” xalq rəqs ansamblının ifasında rəqs nömrələri təqdim edilib.