Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adanom Qebreisus ilə görüşü keçirilib.

Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Peoples Vaccine Allience” qrupunda rolu, o cümlədən COVİD-19 peyvəndlənməsi ilə bağlı dünyada bərabərsizliyin səbəbləri, pandemiyaya son qoyma və azgəlirli ölkələrin vaksinlə təmin olunmasının gücləndirilməsi yolu haqqında müzakirələr aparılıb.

Mərkəzdən verilən məlumata görə, görüşdə Azərbaycanın DST-yə COVİD-19 ilə mübarizə üçün göstərdiyi dəstək xüsusi qeyd olunub. Baş direktor Tedros Adanom Qebreisusun təşəbbüsü ilə Dünya Səhiyyə Təşkilatı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin COVİD-19 üzrə işçi qrupunun yaradılması razılaşdırılıb.