Azərbaycan


9 oktyabr 1971 – Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının Abbas Mirzə Şərifzadə adına Aktyor evi açılıb.

9 oktyabr 1980 – İlk azərbaycanlı qadın fəlsəfə elmləri doktoru, professor Şükufə Şamil qızı Mirzəyeva (20.12.1925 –1980) vəfat edib. Estetika tarixi və nəzəriyyəsinə dair tədqiqatların müəllifidir.

9 oktyabr 1989 – Tanınmış yazıçı, şair İsmayıl Abuzər oğlu Qarayev (5.12.1927 – 1989) vəfat edib.

9 oktyabr 2016 – Ədəbiyyatşünas, mətnşünas Maarif Abı oğlu Teymur (10.5.1946 – 2016) vəfat edib. Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru olub.


10 oktyabr 1907 – Şair, ədəbiyyatşünas Hümmət Əli oğlu Əlizadə (1907–1941) anadan olub.

10 oktyabr 1911 – Tanınmış ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 – 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.

10 oktyabr 1912 – Əməkdar artist Rza Abbas oğlu Nadirov (1912–1995) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

10 oktyabr 1935 – Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 – 19.11.1999) anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib.

10 oktyabr 1935 – Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935 – 13.7.1995) Lənkəran rayonunda anadan olub.

10 oktyabr 1939 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyeva (1939 – 19.9.1992) Bakıda doğulub. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların müəllifidir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru (1991-1992) olub.

10 oktyabr 1976 – Ustad xanəndə, Qarabağ muğam ifaçılığı ənənələrinin davamçısı Ağabala Məmmədbağır oğlu Abdullayev (1910–1976) vəfat edib. Füzuli rayonunda yaşayıb, bir çox xanəndələrin müəllimi olub.

10 oktyabr 2015 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (26.12.1950 – 2015) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.


11 oktyabr 1919 – Əməkdar artist Əyyub Cəfər oğlu Məmmədov (1919–1978) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

11 oktyabr 1938 – Yazıçı-jurnalist, tərcüməçi Emil Güləli oğlu Ağayev (1938–2016) Qazaxıstanın Çimkənd şəhərində doğulub. “Qara gölün cəngavərləri” bədii filminin, sənədli filmlərin ssenari müəllifidir.

11 oktyabr 1983 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (22.3.1900 – 1983) vəfat edib. Əsərləri: “Şamo”, “Ağbulaq dağlarında”, “Mehman”, “Qafqaz qartalı” və s. Azərbaycan Yazıçılar Birliyinin sədri olub.


12 oktyabr 1974 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (16.3.1906 – 1974) vəfat edib. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri olub.

12 oktyabr 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov; 21.3.1924 – 1990) vəfat edib. Aşıq havalarının müəllifidir.


Dünya


9 oktyabr 1835 – Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens; 1835-1921) anadan olub. Operaları: “Sarı şahzadə”, “Samson və Dalila”, “Gümüş zınqırov” və s.

9 oktyabr 1862 – Türkiyə yazıçısı Fatma Aliyə Topuz (1862-1936) İstanbulda doğulub. Türk ədəbiyyatının ilk qadın romançısı kimi tanınıb. Əsərləri: “Refet”, “Cövdət paşa və zamanı” və s.

9 oktyabr 1926 – Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Evstiqneyev (1926-1992) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”.

9 oktyabr 1940 – İngilis musiqiçisi, “The Beatles” qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon; 1940 – 8.12.1980) anadan olub.


10 oktyabr 1813 – İtalyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi; 1813 – 27.01.1901) anadan olub. “Riqoletto”, “Traviata”, “Aida” operaları dünya musiqi xəzinəsinə daxildir.

10 oktyabr 1892 – Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.

10 oktyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon; 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.

10 oktyabr 1930 – İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (1930-2008) anadan olub. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.


11 oktyabr 1885 – Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) anadan olub. “Məhəbbət səhrası”, “İlan yığnağı”, “İsanın həyatı”, “Quzu” romanları, “Asmodey” pyesi və s. əsərlərin müəllifidir.


12 oktyabr 1896 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale; 1896-1981) anadan olub.

12 oktyabr 1924 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 – 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.

12 oktyabr 1935 – İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 1935 – 6.9.2007) anadan olub.

Hazırladı: Vüqar ORXAN