M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının oktyabr ayı üçün tədbirlər planı açıqlanıb.
Filarmoniyanın mətbuat xidmətindən bildirilib ki, oktyabrın 8-də təşkil ediləcək ilk konsert Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunacaq. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistləri Xalq artistləri Fərhad Bədəlbəyli (piano), Yeganə Axundova (piano), Murad Adıgözəlzadə (piano) və Əməkdar artist İlham Nəzərov olan konserti Xalq artisti Yalçın Adıgözəlov və Əməkdar artist Fuad İbrahimov idarə edəcək.
Oktyabrın 15-də tamaşaçılara “Zəfərə aparan yol” adlı konsert proqramı təqdim olunacaq. Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Oktyabrın 18-də Beynəlxalq Azərbaycan Vokalçılar Festivalı çərçivəsində konsert olacaq. Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor – Xalq artisti Gülbacı İmanova) çıxış edəcək.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert oktyabrın 22-də yenidən təqdim olunacaq.