Annecy Festivalı (Fransa), Saqanima Gürcüstan Animasiya Assosiasiyası və Animafilm Festivalı (Azərbaycan) birgə “Animated Film Project Pitching” vorkşopuna ərizə qəbulu elan edir.

“Animafilm” Beynəlxalq Animasiya Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə Annecy Beynəlxalq Animasiya Film Festivalı (MİFA), Gürcüstan Film-Abxazeti Kino Mərkəzi, Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film Project Development/Pitching” vorkşopuna qoşulur.

2021-ci il noyabrın 8-dən 12-dək Tbilisidə keçiriləcək 5 günlük vorkşop (işçi dili – ingilis dili) Azərbaycan və Gürcüstan animasiya müəllifləri üçün məşhur fransız prodüser Olivier Catherinin rəhbərliyi altında layihələrini inkişaf etdirmək və təqdim etmək üçün əla fürsət yaradacaq.

Vorkşopun sonunda Annecy Festivalının mütəxəssisləri tərəfindən seçilmiş bir layihə 2022-ci ildə festival üçün MIFA akkreditasiyasına layiq görüləcək. Seçilmiş bir layihə isə 2022-ci il üçün biraylıq “Fontevraud Residence” alacaq. Fransa və Gürcüstana səyahət edəcək azərbaycanlı iştirakçıların səyahət xərcləri Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq.

Qeydiyyatdan keçmək üçün iştirakçılar öz layihələrini ingilis dilində aşağıdakı e-mail ünvanına göndərməlidir: saqanima@gmail.com

Müraciət üçün son tarix: 3 noyabr 2021-ci il.

Ətraflı məlumat aşağıdakı saytlarda:

https://creative.az/az

www.animafilm.az