Tanınmış pianoçu, Xalq artisti Murad Hüseynov Avrasiya Xalqları Assambleyasının xüsusi mükafatına layiq görülüb. Bu barədə təşkilatın saytında məlumat verilib.
“Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı ilk dəfə “Biz təşəkkür edirik!” devizli aksiyasının laureatlarını elan edib. 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə təşkil edilən ziyafətdə ilk laureatlara diplom və döş nişanları təqdim olunub. Dünyanın müxtəlif ölkələrindən laureatların sırasında Azərbaycandan Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov da var.
Xalq artisti bu mükafata milli musiqi ənənələrinin qorunması və populyarlaşması və Avrasiyada sülh təşəbbüslərinin dəstəklənməsinə verdiyi töhfəyə görə layiq görülüb. Təşkilatın bu mükafatına həmçinin Rafael Ximens Kastaneda (İspaniya – Kadis Universitetinin professoru), tanınmış ingilis yazıçısı, dramaturq, bəstəkar Jon Farndon kimi məşhurlar layiq görülüblər.