Azərbaycanlı musiqiçilər Rusiyanın Novosibirsk şəhərində keçirilən “SibJazzFest-2021” beynəlxalq festivalında iştirak edirlər.

13-22 oktyabr tarixlərində keçirilən festivalda pianoçu, cazmen Riad Məmmədov “Küləklər şəhəri” adlı yaradıcılıq layihəsini təqdim edir. Layihə müasir caz və ənənəvi Şərq musiqisi elementləri üzərində qurulub.

Layihədə Riad Məmmədovla bərabər Əməkdar artistlər xanəndə Ehtiram Hüseynov, tarzən Əliağa Sədiyev və nağaraçı Kamran Kərimov iştirak edir.

Qeyd edək ki, pianoçu, musiqişünas Riad Məmmədov klassik musiqi ilə yanaşı, son illərdə caz-muğam janrında uğurlu layihələri ilə tanınır.

LALƏ