Azərbaycanda ilk dəfə olaraq “ART-EAST MEDİA GROUP” şirkətinin təşkilatçılığı ilə “Musiqili proyektor” multimedia şousu təqdim olunacaq. Musiqili şou proqram 13-14 noyabr tarixlərində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.

Layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “CinemaPlus” kinoteatrlar şəbəkəsi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “AVANQARD” kamera orkestrinin ifasında sevilən kinofilmlərin soundtrekləri yeni aranjimanda tamaşaçıları keçmişə aparacaq.

Məşhur filmlərin unudulmaz musiqiləri, parlaq rəqs nömrələri və cizgi filmlərindən tanış fraqmentlər izləyicilərin könlünü oxşayacaq.

LALƏ