Müsabiqənin yekun sərgisi onlayn nümayiş olunur

 

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mənim düşüncəm – 2021” respublika uşaq rəsm müsabiqəsi başa çatıb.

Budəfəki müsabiqə “Nizami Gəncəvi İli" çərçivəsində yay tətilində rəssamlıq istedadı olan  uşaq və gənclərin bacarıqlarını inkişaf etdirmək məqsədilə elan olunmuşdu. Müsabiqəyə regionlardan və müxtəlif yaradıcılıq studiyalarından mindən çox əsər daxil olub. Onların arasından 300-ə qədər əsər sərgilənmək üçün seçilib.

Əsəri sərgidə nümayiş olunan müəlliflər və fəal tədris mərkəzləri sertifikat və təşəkkürnamə ilə təltif olunacaqlar.

Münsiflərin seçimlərindən narazı qalan müəlliflər (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan üç iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət etməklə təyin olunmuş vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

Xatırladaq ki, müsabiqənin media dəstəkçiləri arasında “Mədəniyyət” qəzeti də vardı.

Pandemiya səbəbindən “Mənim düşüncəm” müsabiqəsinin yekun sərgisi virtual formatda keçirilir. Virtual sərgini bu link vasitəsilə izləmək olar:

https://www.yumpu.com/xx/document/read/65928350/mnim-dusuncm-2021-respublika-usaq-resm-musabiqesinin-onlayn-yekun-sergisi

LALƏ