Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalında iştirak edən Azərbaycanın “Cəngi” estrada və folklor ansamblı Süveyş şəhərində tamaşaçılar qarşısında çıxış edib.
Fərhad Əliyevin bədii rəhbəri olduğu ansambl milli rəqslərimizi ifa edib. On nəfərdən ibarət kollektivin çıxışı böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub. “Cəngi” estrada və folklor ansamblının festival çərçivəsində konsertləri oktyabrın 29-dək davam edəcək.
Qeyd edək ki, 8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərinin təqdim edildiyi festival Misir Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festival çərçivəsində Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının konsertləri təqdim edilir.