İstanbulda yeni istifadəyə verilən Atatürk Mədəniyyət Mərkəzi 11–13 noyabr tarixində III Beynəlxalq Xalq Musiqiləri Festivalına ev sahibliyi edəcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalın proqramı “Sənət Həyatdır” Dərnəyi tərəfindən hazırlanıb.

Festivalın açılış konsertində Mərakeş əsilli məşhur fransız sənətçi Hindi Zəhra ilə türk musiqiçi Yavuz Bingöl çıxış edəcək.

Festivalın qonaqları arasında Azərbaycanın Xalq artisti Azərin də yer alacaq. Müğənni noyabrın 13-də musiqisevərlərlə görüşəcək.