Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə Brüsseldə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Victory” adlı konsert proqramı keçirilib.
Tədbirdə Avropa Komissiyasının təmsilçiləri, yerli sənətsevərlər və azərbaycanlı icmasının üzvləri iştirak ediblər.
Konsertdə Azərbaycanın Əməkdar artisti, virtuoz fortepiano ifaçısı İsfar Sarabskinin caz triosu çıxış edib. İsfar Sarabskini kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşin müşayiət edib.
İzləyicilərin alqışları ilə müşayiət olunan konsert diqqətləri bir daha Azərbaycana, ölkəmizin tarixi Qələbəsinə yönəldib. Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.