Türkiyənin İzmir Universitetində “Kipr-Balkanlar-Avropa Ədəbiyyatı” qurumunun təşkilatçılığı ilə XXVII Beynəlxalq türk dili, türkdilli ölkələrin ədəbiyyatları və şeir gecəsi simpoziumu keçirilib. Simpoziumda Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr ədəbiyyatçıları ilə yanaşı, Azərbaycanın təmsilçiləri də iştirak edib. Tədbir çərçivəsində bir qrup ictimai xadimə türkdilli ölkələrə xidmətlərinə görə mükafatlar verilib. Mükafatları Azərbaycanın “Vektor” Beynəlxalq Elm Mərkəzinin prezidenti, professor Elçin İsgəndərzadə təqdim edib.