Çinin Min sülaləsi dövrünə (1368–1644) aid xalça Parisdə keçiriləcək hərracda 5,4 milyon ABŞ dollarına satışa çıxarılacaq.

Altı əsrə yaxın tarixi olan xalça “Christie’s” hərrac evinin noyabrın 23-də Fransa paytaxtında keçiriləcək auksionunda potensial alıcılara təqdim olunacaq.

Xalçanın üzərində beşpəncəli əjdaha və onun üstündə buludların təsviri var. Bildirilir ki, əjdahalar imperiyanın gücünü simvollaşdırır. Sözügedən xalça ilə birlikdə Min sülaləsinə aid 39 xalça və imperiya əjdahası motivli 16 xalça da satışa çıxarılacaq.

Qeyd edək ki, Min sülaləsinə aid başqa bir imperator xalçası 2020-ci ildə Nyu-Yorkda Christie’s hərracında 1,7 milyon dollara satılıb.

CAVİD