Qazaxıstan və Türkiyə kinematoqrafçıları rejissor Akan Satayevin “Tomiris” filmi əsasında birgə tarixi serial çəkmək niyyətindədir.
“Qazaxfilm” kinostudiyası və “Safaifilm” şirkətinin birgə istehsalı olan film bu ilin sentyabrında Türkiyə kinoteatrlarında göstərilib və böyük maraqla qarşılanıb. Ekran əsəri, həmçinin 8-12 noyabr tarixində İstanbulda keçirilən “Dədə Qorqud” Türk Dünyası Film Festivalının açılış mərasimində nümayiş olunub. Festivalda “Qazaxfilm” Türk dünyası kinematoqrafına töhfəsinə görə xüsusi mükafatla təltif edilib.
Qazaxıstanın mədəniyyət və idman naziri Aktotı Raimkulova festival zamanı məşhur prodüser Baran Mayda ilə görüşüb. Görüşdə filmin əsasında serialın yaradılması, həmçinin bir sıra şərikli kino layihələrinin gerçəkləşməsi haqqında məsələlər müzakirə edilib. Bildirilir ki, serial layihəsini TRT gerçəkləşdirəcək.
GÜLCAHAN