Amerika Birləşmiş Ştatlarında televiziya sənayesinin əsas mükafatı sayılan “Emmy Award”ın builki qalibləri elan olunub. “Emmy Award” təkcə Amerikada deyil, ümumilikdə dünyada “Oskar” (kino) və “Qremmi” (musiqi) mükafatlarından sonra incəsənət-əyləncə sahəsinin üçüncü nüfuzlu mükafatıdır.

Ötən il COVİD-19 pandemiyası səbəbindən virtual olaraq təşkil edilmiş “Emmi” mükafatlarının təqdimat mərasiminin aparıcısı bu il amerikalı aktrisa Ynome Orji olub.

“Ən yaxşı bədii film” mükafatını rejissor Qreqori Monronun çəkdiyi “Kubrikdən Kubrikə” (“Kubrick by Kubrick”) adlı fransız sənədli filmi qazanıb.

İngilis aktrisa Hayley Squires “Yetkinlər üçün material” (“Adult Material”) serialındakı roluna görə “Ən yaxşı aktrisa” mükafatını, britaniyalı Devid Tennant “Des” serialında canlandırdığı qatil obrazına görə “Ən yaxşı aktyor” mükafatını qazanıb. “Ən yaxşı dram filmi” mükafatı isə İsrailin “Tehran” serialına verilib.

CAVİD