Səməd Vurğunun ev-muzeyində görkəmli Azərbaycan sairi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Nəbi Xəzrinin (10.12.1924 - 15.1.2007) xatirəsi yad edilib.
   Xalq şairləri Nəriman Həsənzadə, Söhrab Tahir, yazıçı-publisist Nahid Hacıyev qüdrətli qələm ustası Nəbi Xəzrinin 60 illik ədəbi fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Nəbi Xəzrinin yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək gözəl poeziya nümunələri yaratmaqla ədəbi dilimizin inkişafına böyük töhfələr verib.
   Tədqiqatçı-publisist, vurğunşünas Şəmistan Nəzirli, Prezident təqaüdçüsü Nurəngiz Gün bəstəkarların Nəbi Xəzri poeziyasına tez-tez müraciət edib şeirlərinə gözəl mahnılar bəstələdiklərini, bu əsərlərin tanınmış sənət ustalarının - Müslüm Maqomayevin, Şövkət Ələkbərovanın, Rəşid Behbudovun və başqalarının repertuarında mühüm yer tutduğunu xatırladıblar.
   Tədbirdə ədəbiyyatşünas-alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyevanın “Nəbi Xəzrinin sənətkarlığı” kitabı təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar