Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev elmi-praktik konfransı açıq elan edib.
Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu çıxış ediblər.
Ədəbiyyat İnstitutu Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçiləri Zəhra Allahverdiyeva, Təhminə Bədəlova və Yelena Teyer, İnstitutun şöbə müdiri Almaz Ülvi Binnətova, institutun elmi katibi Aygün Bağırlı, aparıcı elmi işçi Xuraman Hümmətova, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin əməkdaşları Təranə Verdiyeva, Əlimuxtar Muxtarov və Xəyalə Hüseynovanın məruzələri dinlənilib.