Xəbər verdiyimiz kimi, mayın 2-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ATM Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilib. 
      
   Ölkəmizin turizm potensialını sərgidə nümayiş etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 50 kvadrat-metrlik lövhə icarəyə götürülüb. ATM sərgisində nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, şöbənin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov, Marketinq və təbliğat sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, həmçinin «Cəngi» rəqs ansamblının 4 nəfərlik qrupu iştirak edib.
   Vüqar Şıxəmmədovun sözlərinə görə, ATM-2011 sərgisində dünyanın 69 ölkəsindən 320 turoperator, mehmanxana və şirkət təmsil olunurdu: “Nazirliyin nümayəndə heyəti ilə birgə Azərbaycandan “ENC Tours”, «Gilan Turizm», «Evro Turizm» və «SW Turizm» şirkətlərinin nümayəndələri da sərgidə iştirak edirdi. Bu şirkətlər tərəfindən təklif olunan turlar barədə sərgi ziyarətçilərinə ətraflı məlumatlar verildi. Sərgidə ziyarətçilər Azərbaycan stendinə böyük maraq göstərirdilər. Müxtəlif turların təşkil edilməsi məqsədilə iştirakçı ölkələrin turizm şirkətləri lövhəmizə müraciət edirdi. Onlara prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında ətraflı məlumatlar verilib və Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri ilə tərəfdaşlıq qurmaq üçün imkan yaradıldı. Bütün maraqlananlara ölkəmizlə bağlı ətraflı məlumatlar verildi, turizm potensialımızı təbliğ edən ərəb və ingilis dillərində müxtəlif reklam-çap məhsulları təqdim olundu”.
   Həmsöhbətimiz bildirdi ki, sərgi zamanı Azərbaycanın turizm potensialını əks etdirən filmlər, reklam çarxları ziyarətçilərə nümayiş etdirilib və milli musiqimiz səsləndirilib. “Cəngi” ansamblının rəqs qrupu hər gün 2 dəfə rəqs proqramı ilə çıxış edib: «Sərginin davam etdiyi günlərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev yerli mətbuata və bir sıra beynəlxalq KİV-lərə ölkəmizin turizm imkanları və Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq haqqında müxtəlif müsahibələr verdi. Onu da bildirim ki, builki sərgidə Azərbaycanın lövhəsinə media təmsilçilərinin də marağı böyük idi».
   Qeyd edək ki, 2005-ci ildən davamlı olaraq hər il keçirilən ATM-Dubay turizm sərgisində Azərbaycan artıq 7-ci dəfədir təmsil olunur.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar