Sankt-Peterburqda keçirilən “DAİRAFEST” Beynəlxalq Şərq İncəsənəti Festivalı çərçivəsində “Azərbaycan musiqisi” adlı konsert təşkil olunub.
Konsertdə Əməkdar artist, xanəndə Qoçaq Əsgərovu tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər. Proqramda Azərbaycan xalq mahnıları, muğam və təsniflər səslənib.
Konsert proqramı UNESCO-nun eksperti Sənubər Bağırova və Sankt-Peterburq Mədəniyyət İdarəsinin təşəbbüsü ilə gerçəkləşib.
“DAİRAFEST” Beynəlxalq Şərq İncəsənəti Festivalı Rusiyanın şimal paytaxtında 2017-ci ildən keçirilir. Festival Şərq və Qərb incəsənətinin dialoqu platforması kimi nəzərdə tutulub. Builki festival 27 noyabr – 10 dekabr tarixində keçirilib.