Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində “Uşaqların həmrəylik duyğusu” adlı sərgi açılıb. Baş idarədən bildirilib ki, sərgidə bir qrup gəncin əl işləri nümayiş olunub.
Tədbirdə mərkəzin bələdçisi Mayrux Cavadovanın “Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda mühazirəsi dinlənilib.
Sənətşünas və layihənin kuratoru Anar İbrahimov rəssamlıq sənətinin incəlikləri barədə danışıb. Sənətşünas Dilarə Əsədli sərgidə əl işləri nümayiş olunan gənclərə uğurlar arzulayıb.
“Azad” Tədris Mərkəzi şagirdlərinin ifasında kiçik ədəbi-bədii kompozisiya nümayiş olunub.