31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid və qazi ailələri üçün tədbir təşkil olunub.
Tədbir Bakı Şəhər Mədəniyyət Bas İdarəsi və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Şöbənin rəisi Zümrüd Səmədova tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər sayəsində artıq ikinci ildir ki, əlamətdar bayramlarımızı qalib xalqın nümayəndələri kimi qarşılayırıq.
Qeyd edilib ki, Vətən müharibəsində qanı və canı bahasına xalqımıza Qələbə qazandıran şəhid və qazi ailələrinə diqqət və qayğı, bu qəbildən olan tədbirlər davam etdiriləcək. Müdafiə nazirinin bayram təbrikini şəhid və qazi ailələrinə çatdıran Z.Səmədova tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.
Tədbirdə müğənnilər Elnur Məmmədov, Manana Caparidze və başqaları vətənpərvər mövzusunda mahnılar ifa ediblər.
Şaxta baba və Qar qız uşaqları əyləndirib, onlara xoş dəqiqələr bəxş edib.