Ustad dərsləri bu il də davam edəcək

 

Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri bu il də davam edəcək.

Yeni ilin ilk dərsi yanvarın 12-də Miraslan Zeynin iştirakı ilə “Tekstura və kollaj” mövzusuna həsr ediləcək.

Növbəti dərslər yanvarın 19-da Gülarə İsrafilovanın iştirakı ilə “Abstraksiya”, yanvarın 26-da isə Kənan Əliyevin iştirakı ilə “Heykəl. Relyef” mövzularına həsr olunacaq.

Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən ayrılır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Ustad dərsləri ödənişsizdir.