Azərbaycan Milli Xalça Muzeyində “Muzeyin kolleksiyaları necə qorunur?” adlı mühazirə keçirilib.
Mühazirə muzeyin eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanovanın 65 illik yubileyi münasibətilə təşkil olunub.
Mira Məmmədxanova iştirakçılara muzeyin kolleksiyasındakı xalça məmulatları, bədii metal, parça, geyim, tikmə, çini, şüşə, ağac, kağız və zərgərlik məmulatlarının qorunub saxlanılması barədə ətraflı məlumat verib.
Bu sahədə 30 ildən artıq təcrübəsi olan baş fond mühafizi kolleksiyaların mühafizəsi işinin düzgün təşkilinin əhəmiyyətindən danışıb.