Yanvarın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilin ilk konserti keçiriləcək. Filarmoniyada Xalq artisti, bəstəkar Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş proqram təqdim ediləcək.

Konsertdə Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiət edəcəyi konsertdə solistlər – Nərgiz Kəngərli (piano), Nuranə Zeynalova (piano), İsmayıl Yunusov (bariton) çıxış edəcəklər. Gülbacı İmanovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xor Kapellasının çıxışı da nəzərdə tutulur.