Yanvarın 31-də Los-Ancelesdə keçirilməsi nəzərdə tutulan “Qremmi” mükafatlarının təqdimat mərasimi koronavirusun “omikron” ştammının sürətlə yayılmasına görə təxirə salınıb. Bu barədə Amerika Səsyazma Şirkətləri Assosiasiyası məlumat yayıb.
Qeyd olunub ki, ölkədə yararınmış vəziyyəti təhlil etdikdən sonra assosiasiya və “CBS” telekanalı 64-cü “Qremmi” mükafatlarının təqdimatını təxirə salıb. Təşkilatçılar mərasimin tarixinin yaxın günlərdə açıqlanacağını bildiriblər.
“Qremmi” musiqi dünyasının ən nüfuzlu müsabiqəsi sayılır. Mükafat 1958-ci ildə Amerika Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən təsis edilib. Mükafat 30 musiqi janrı üzrə ümumilikdə 100-dən çox kateqoriyada təqdim edilir.