Dörd il aradan sonra

 

Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2018-ci ildən bəri ilk dəfə olaraq aparıcının iştirakı ilə keçiriləcək. Bu barədə tədbiri yayımlayacaq ABC telekanalı məlumat yayıb. Lakın aparıcının kimliyi hələlik dəqiqləşdirilməyib.

94-cü “Oskar” mükafatlandırma mərasimi martın 27-də ənənəvi olaraq Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək. Namizədlərin adları – müvafiq nominasiyalar üzrə qısa siyahı fevralın 8-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə “Oskar”ın aparıcısı komediya ustası, aktyor və ssenarist Cimmi Kimmel olub.