1990-cı ilin bir evi...
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il 20 yanvar tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar müxtəlif layihələr gerçəkləşdirir, bu faciəvi hadisələri və şəhidləri yad edir.
O qanlı gecədəki hadisələri, Azərbaycan xalqının qəhrəmanlığını bir daha xatırlatmaq üçün bu dəfə İçərişəhərin Böyük Qala küçəsində, Qoşa Qala qapısı yaxınlığında ötən əsrin 90-cı illərinin üslubunda dekorasiya edilmiş bir ev maketi qurulub.
Maketin interyerində həmin dövrə aid xırda elementlər, televizor monitorunda 20 Yanvar hadisələrini 1990-cı ildə işıqlandıran xəbərlər, verilişlər və çıxışlardan yığılmış videoçarx təqdim edilib.
Paytaxt sakinləri və qonaqlar yaradılmış instalyasiyaya baxıblar.