Azərbaycan

 

26 yanvar 1863 – Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib. Seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsindən sonra ona rəhbərlik edib. 1920-ci ilin mayında Gəncədə antisovet üsyanı zamanı güllələnib.

26 yanvar 1933 – Xalq artisti, bəstəkar Musa Abdulla oğlu Mirzəyev (1933 – 29.1.2016) Bakıda doğulub. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

26 yanvar 1934 – Əməkdar rəssam Elçin Muxtar oğlu Aslanov (1934-2018) Bakıda doğulub. Kitab qrafikası ilə məşğul olub, Akademik Dram Teatrında tamaşalara səhnə tərtibatı verib, “Nəsimi” bədii filminin geyim üzrə rəssamı olub.

26 yanvar 2008 – Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934 – 2008) vəfat edib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub.

 

27 yanvar 1806 – Yazıçı, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ rayonu) anadan olub. Fransız dilində yazdığı “Rəşid bəy və Səadət xanım” povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, general rütbəsinədək yüksəlib.

27 yanvar 1906 – Görkəmli tarixçi Sara Aşurbəyli (1906 – 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.

27 yanvar 1912 – Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 – 7.9.1990) anadan olub.

27 yanvar 1939 – Əməkdar incəsənət xadimi, ustad saz ifaçısı, aşıq Ədalət Məmmədəli oğlu Nəsibov (1939 – 14.9.2017) Qazax rayonunda doğulub. “Yeddi oğul istərəm” filmində (aşıq) çəkilib.

27 yanvar 1939 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 1939 – 18.5.2010) anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “Xoşbəxtlik qayğıları”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

27 yanvar 2014 – Müğənni, Əməkdar artist Məhəbbət Allahverdi oğlu Kazımov (2.7.1953 – 2014) vəfat edib. “Dan ulduzu” ansamblının solisti, “Laçın” instrumental ansamblının rəhbəri olub.

 

28 yanvar 1908 – Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Boris İsaakoviç Zeydman (1908-1981) Peterburqda anadan olub. Ü.Hacıbəylinin dəvəti ilə Bakıya gəlib, Dövlət Konservatoriyasında dərs deyib (1940-60). Bakıda “Maskarad”, “Ağıldan bəla” operalarını, “Qızıl açar” baletini yazıb.

28 yanvar 1925 – Şair, dramaturq, tərcüməçi, teatrşünas Adil Qafar oğlu Babayev (1925 – 19.8.1977) Naxçıvanda anadan olub. “Dağlar qızı”, “Qız görüşə tələsir” və s. pyeslərin müəllifidir. 

28 yanvar 1980 – Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929 – 1980) vəfat edib.

28 yanvar 1985 – SSRİ Xalq artisti, görkəmli teatr rejissoru, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918 – 1985) vəfat edib. Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib.

28 yanvar 2015 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5.6.1939 – 2015) vəfat edib. “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000-2010) olub.

 

Dünya

 

26 yanvar 1925 – Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman; 1925-2008) anadan olub.

 

27 yanvar 1756 – Dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart; 1756 – 5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yаşındаn musiqi bəstələməyə bаşlаyıb. Almаn dilində ilk оpеrаnın (“Hərəmхаnаdаn qаçırılmа”), müхtəlif аlətlərlə оrkеstr üçün 40-а yахın əsərin müəllifidir.

27 yanvar 1775 – Görkəmli alman filosofu Fridrix Vilhelm Yozef fon Şellinq (Friedrich Wilhelm Joseph von Schelling; 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.

27 yanvar 1826 – Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Qubеrniyа оçеrkləri”, “Bir şəhərin tаriхi”, “Nəcib nitqlər”, “Həyаtın təfərrüаtı” və s.

27 yanvar 1832 – İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll – əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün əsərlərin (“Alisa Möcüzələr ölkəsində” və s.) müəllifidir.

 

28 yanvar 1897 – Rus-sovet yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub. “Tənha yelkən ağarır”, “Alay oğlu” və s. əsərləri əsasında filmlər çəkilib.

28 yanvar 1912 – Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock; 1912-1956) anadan olub.

Hazırladı: Vüqar Orxan