Beynəlxalq Türk Akademiyasının (BTA) vitse-prezidenti Füzuli Məcidli Türkiyə milli təhsil nazirinin müavini Petek Aşkar ilə görüşüb.
BTA-dan bildiriblər ki, söhbət zamanı Türk dünyasının elmi inteqrasiyasına yönəlmiş birgə layihələr, əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunub. Xüsusilə məktəblilər üçün ortaq tarix, ədəbiyyat və coğrafiya dərslikləri üzrə ekspert komissiyasının yekun iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mənzil-qərargahı Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına hazırda Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi sədrlik edir.