“Netflix” yayım şirkəti türkiyəli rejissor Onur Bilgetayın “UFO” filminin treylerini nümayiş edib.

Romantik janrda olan filmdə (ssenari müəllifi Meryem Gültabak) baş rolları İpek Filiz Yazıcı və Mert Ramazan Demir canlandırırlar.

“UFO” çox fərqli həyat yaşayan iki gənc haqqındadır. Film həvəskar motosiklet yarışçısı olan və “UFO” adlandırdığı motosikleti ilə küçə yarışlarına qatılan gənc Ese (Mert Ramazan Demir) ilə zəngin, təhsilli bir ailənin qızı Dəniz (İpek Filiz Yazıcı) arasındakı münasibətlərdən bəhs edir. Fərqli dünyanın adamları olan gənclər özlərini heyranedici bir sevginin içində tapırlar.