19 ildən sonra

 

Məşhur amerikalı aktyor Kevin Kostner “Horizon” adlı vesterni (Amerikanın həyatını əks etdirən janr) ekranlaşdırmağa hazırlaşır.

Aktyor 19 ildən sonra ekranlara yenidən rejissor kimi dönəcək, eyni zamanda filmdə əsas obrazlardan birini canlandıracaq.

Çəkilişlərin avqust ayında başlanması nəzərdə tutulsa da, kastinqlər artıq fevral ayından etibarən start götürəcək.

Qeyd edək ki, K.Kostner son olaraq 2003-cü ildə “Açıq məkan” filmində rol alıb. Onun “Canavarlarla rəqs” filmi “Ən yaxşı film” nominasiyası da daxil olmaqla 7 “Oskar” qazanıb. Film Amerika Kino Akademiyasının “Qızıl şedevrlər” siyahısına salınıb.