Dekabrın 22-də Sumqayıt Mərkəzi Kitabxanasında şair İlyas Tapdıqla oxucuların görüşü keçirildi. Mərkəzi Kitabxananın müdiri Yeganə Əhmədova Azərbaycanın uşaq ədəbiyyatında özünəməxsus yeri olan şair İlyas Tapdığın yaradıcılığından danışdı. 
   
   Bildirdi ki, 50-dək kitabı işıq üzü görmüş şair həm də çoxsaylı tərcümələrin, onlarla mahnı sözlərinin müəllifidir. Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun rəhbəri, şair İbrahim İlyaslı qonağın yaradıcılığının məziyyətlərindən söz açdı. Şairlərdən Hacı Loğman, Xürrəm Qafanlı və digər çıxış edənlər İlyas Tapdıq yaradıcılığına nəzər salaraq, onun poeziyasının xüsusiyyətlərindən danışdılar. Natiqlər şairin uşaq şeirilərində uşaq psixologiyasını, təbiətin , heyvanların dilini bilmək və onu nəzmə çevirmək bacarığını yüksək qiymətləndirdilər.
   Sonra məktəb şagirdləri şairin şeirlərini səsləndirdilər, səhnəciklər təqdim etdilər. İlyas Tapdıq son dövr yaradıcılığı haqqında söhbət açaraq məktəblilərin suallarını da cavablandırdı. Sonda şair kitablarını kitabxanaya təqdim etdi.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar