İtaliyada keçirilən 72-ci San-Remo musiqi festivalının qalibi “Mahmood&Blanco” duet-qrupu olub.
Mahnı müsabiqəsində 25 iştirakçı yarışıb. İlk üçlükdə həmçinin Elisa və Morandi kimi gənc musiqiçilər qərarlaşıb.
1-5 fevral tarixində “Ariston” teatrının səhnəsində keçirilən festival “RAİ” telekanalı vasitəsilə canlı yayımlanıb və rekord sayda gündəlik izləyicisi (11 milyon) olub.
Qeyd edək ki, San-Remo festivalı milli səviyyədə dünyanın ən uzunmüddətli televiziya musiqi yarışmasıdır. Ənənəvi olaraq bu yarışmanın qalibi İtaliyanı “Eurovision” mahnı müsabiqəsində təmsil edir.