“Qarabağ nağılı” animasiya filmi çəkiləcək

 

Rejissor və prodüser Firəngiz Qurbanovanın rəhbərlik etdiyi “Birlik” animasiya studiyasının “Qarabağ nağılı” layihəsi 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük Qayıdış” müsabiqəsinin qalibi olub. Müsabiqənin şərtlərinə görə, animasiya filmi nazirliyin maliyyə dəstəyi ilə çəkiləcək.

Film “Mənə nağıl söylə” adlı animasiya serialının ikinci hissəsidir. “Araqçın” adlı birinci film 2020-ci ildə çəkilib və festivallarda uğurla nümayiş olunub.

Qeyd edək ki, “Birlik” animasiya studiyası 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birlikdə “Sərçə” filmini də çəkib. Film rejissor Gülnar Əliyevanın diplom işidir.