Fevralın 9-10-da Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) işçi qrupunun toplantısı keçiriləcək.
Toplantıda Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın nümayəndələri iştirak edəcəklər.
Özbəkistan Turizm və İdman Nazirliyinin yaydığı məlumata görə, işçi qrup Kokand şəhərinin “Türk dünyasının turizm paytaxtı” elan olunması və bununla bağlı tədbirlər planını müzakirə edəcək, müvafiq qərar qəbul olunacaq.