Regionlardakı mədəniyyət müəssisələrində “Şuşa İli” çərçivəsində müxtəlif tədbirlər, sərgi və təqdimatlar keçirilir.

Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağın döyünən ürəyi - Şuşa!” müsabiqəsinin yekun tədbiri keçirilib. Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova və başqaları mövzu ətrafında çıxış ediblər. Çıxışlardan sonra qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Ağstafa RMİ Tovuz rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin əməkdaşları tərəfindən N.Tusi adına məktəb-liseyin foyesində “Şuşanın bu günü” adlı səyyar sərgi təşkil edilib.

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Qarabağın döyünən ürəyi” adlı tədbir təşkil olunub. Tədbirdə “Şuşa” sənədli filmi nümayiş olunub, “Şuşa - 270” adlı sərgiyə baxış keçirilib.

Nurəddin