Xəbər verdiyimiz kimi, Almaniya paytaxtında 72-ci “Berlinale” – Berlin Beynəlxalq Film Festivalı keçirilir. Fevralın 10-da başlayan kinofestivalın “Forum” proqramında Qazaxıstan istehsalı olan “Akın” filminin Avropa premyerası da baş tutub.

Ekran əsəri Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin sifarişi, “Milli kinoya dövlət dəstəyi fondunun dəstəyi ilə Ş.Aymanov adına “Qazaxfilm” Kinostudiyasında çəkilib.

Quruluşçu rejissor Darejan Omirbayev Berlinə gedə bilmədiyindən filmi prodüser Yuliya Kim və aktrisa Quljan Tuzelbayeva təqdim ediblər. Təqdimat zamanı Y.Kim deyib: “Biz “Berlinale”də iştirak etməkdən məmnunuq. Bizim filmimiz poeziya, geniş istehlakçılıq dövründə tab gətirməyə cəhd edən çox incə və incidilən sənət barədədir. Məncə, yaradıcı hər kəs, öz işinin əsl ustadları bu filmdə özlərini görə biləcəklər...”.

Qeyd etmək lazımdır ki, Qazaxıstan filmi Berlində maraqla qarşılanıb. Anşlaqla keçən premyeraya biletlər bir neçə gün öncədən satılıb.

Berlin kinofestivalı fevralın 20-dək davam edəcək.

Gülcahan