Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə «Turizmə dəstək» gənclər koalisiyası «Palmali Lenkaran Resort» hoteli ilə birlikdə jurnalistlərin Lənkərana səfərini təşkil edəcək. İyulun 15-17-də baş tutacaq tur həm «Turizm ili»nə, həm də 22 iyul - Milli Mətbuat Gününə həsr olunur.
   «Turizmə dəstək» gənclər koalisiyasının rəhbəri Ramiz Alıyevin verdiyi məlumata görə, səfərdə jurnalistlərlə yanaşı mədəniyyət və incəsənət nümayəndələri də iştirak edəcəklər. Sənətçilər iyulun 16-da konsert proqramı ilə çıxış edəcəklər.
   Üç günlük səfər müddətində Lənkəranın turizm imkanlarının daha yaxşı öyrənilməsi üçün müxtəlif görüşlər, tədbirlər keçiriləcək, rayonun tarixi və mədəni abidələri ziyarət olunacaq.

   Gülər